Avropa İttifaqı: ATӘT-in Minsk qrupunu dәstәklәyirik

Avropa İttifaqı: ATӘT-in Minsk qrupunu dәstәklәyirik backend

"Avropa İttifaqı ATӘT-in Minsk qrupunu vә sülhyaradıcı fәaliyyәtlәri dәstәklәmәkdә davam edib". APA-nın mәlumatına görә, bu barәdә martın 25-dә Avropa Komissiyası vә Aİ Xarici әlaqәlәr vә Tәhlükәsizlik Siyasәti Ali Nümayәndәliyinin Avropa Qonşuluq Siyasәtinin tәtbiqi ilә bağlı qәbul etdiyi hesabatda deyilir.

Hesabatda bildirilib ki, ötәn il Dağlıq Qarabağ münaqişәsi ilә bağlı atәşkәs razılaşmasının 20 illiyi olub: "Azәrbaycan vә Ermәnistan prezidentlәri tәrәflәr arasında әlaqә kanallarını bәrpa etmәk vә münaqişәnin sülh yolu həlli istiamәtindә fikir mübadilәsi aparmaq üçün Soçi, Nyuport vә Paris şәhәrlәrindә görüşüblәr. 1994-cü ildәn bәri әrazidә baş verәn insidentlәrin yüksәk sәviyyәyә çatması, qarşılıqlı ritorika vә silahlanma hәmin әrazidә tәhlükәsizlik üçün narahatlıq mәnbәyi olaraq qalır.

Aİ Xarici әlaqәlәr vә Tәhlükәsizlik Siyasәti Ali Nümayәndәliyi/Avropa Komissiyasının vitse-prezidenti sülhyaradıcı prosesi dәstәkәyib. Aİ-nin Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi Herbert Salber mütәmadi olaraq regiona sәfәr edib, yüksәk sәviyyәli görüşlәr keçiib vә hәmsöhbәtlәri ilә tez-tez әlaqә saxlayıb".

Hesabatda Aİ Azәrbaycana növbәti il üçün çağırış da edib.
Diaspora