28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə Penitensiar Xidmətin şöbə rəisi Əli Səfərov çıxış edərək bildirib ki, 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 20 may 2016-cı il tarixli qərarına əsasən, MR-də 9 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 1 məhkumun isə cəzası yüngülləşdirilib.Tədbirdə azad olunanlara sənədləri təqdim edilərək uğurlar arzu edilib.