Iraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib.
Qaziler.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu televiziya ilə xalqa müraciət edənİraqbaş naziri Heydər əl-Abadi bəyan edib."Növbəti hədəfimiz Mosul şəhəridir. əl-Faluca isə yaxın saatlarda tamamiləterrorçulardantəmizlənəcək”, deyə H.əl-Abadi bildirib.
Qeyd edək ki, iyunun 17-dəİraqordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.
Mayın 23-dəİraqSilahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi.