İqnasio Sançesin səfəri təxirə düşdü

İqnasio Sançesin səfəri təxirə düşdü backend

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş və qurumun sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi İqnasio Sançesin Azərbaycana səfərləri təxirə salınıb.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, səfərin təxirə düşməsinə səbəb proqramda olan bəzi dəyişikliklərdir.
B. Muradova qeyd edib ki, hazırda proqram üzərində işlənilir və yaxın vaxtlarda onların səfərləri baş tutacaq. Sançes və Suareş Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana da səfər edəcək.
Qeyd edək ki, hər iki şəxsin səfəri martın 15-16-da gözlənilirdi.
Diaspora