Rusiya paytaxtında MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclası keçirilib.
Qaziler.az-ın APA-ya istinaən məlumatına görə, iclasdaMDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi,hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılıb.İclası giriş sözü ilə açan Rusiyanın müdafiə naziriSergey Şoyqubildirib ki, bu gün insanlıq üçün başlıca təhlükə beynəlxalq terrorçuluqdur: "MDBölkələrinin əsas vəzifəsi beynəlxalq terrorçuluğun öz ərazilərində yayılmasının qarşısını almaqdır. Bizim bugünkü görüşümüz Böyük Vətən Müharibəsinin başlanmasının 75-ci ildönümü ərəfəsində keçirilir. Həmin dövrdə dünya üçün təhlükə nasizm idisə, bu gün üçün əsas təhlükə beynəlxalq terrorçuluqdur. Bizim qarşımızda vacib tapşırıq durur: Beynəlxalq terrorçuluğunMDBməkanında yayılmasına yol verməməliyik.MDB-nin xarici sərhədlərində vəziyyət sabit deyil. Mövcud vəziyyət müdafiə sahəsində qarşılıqlı fəaliyyəti genişləndirməyi tələb edir. Belə qarşılıqlı fəaliyyətin hüquqi əsası 2015-ci ildəMDBölkə başçıları Şurasının qərarı ilə təsdiqlənənMDBölkələrinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq Konsepsiyasıdır. Bu Konsepsiya bizim silahlı qüvvələrimizin gücləndirilməsini, milli və kollektiv təhlükəsizliyimin təmin edilməsini, eləcə də mehriban qonşuluq münasibətlərinin inkişafını özündə ehtiva edir".
Qeyd edək ki,MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclasında Azərbaycanı müdafiə naziri, general-polkovnikZakir Həsənovtəmsil edib.