ATƏT Dağlıq Qarabağ üzrə sammitə hazırlıqlarda iştirak etməyəcək

ATƏT Dağlıq Qarabağ üzrə sammitə hazırlıqlarda iştirak etməyəcək backend

“Biz bildiyimizə görə, sammiti Rusiya çağırır”.

ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin hazırlıqlarında iştirak etməyəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə TASS-a ATƏT-in Mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Racakoviç məlumat verib.

O, bununla bağlı hər hansı bir şərh verməkdən imtina edib və görüşün keçirilmə tarixi ilə bağlı suala cavab verməyib.

“ATƏT Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb olunmayıb və biz onu şərh edə bilmərik”, - deyə o bildirib.

“Biz bildiyimizə görə, sammiti Rusiya çağırır. Belə olan halda siz öz suallarınızı Rusiya hökumətinə ünvanlamalısınız”, - deyə ATƏT rəsmisi əlavə edib.

Kreml iyunun 10-da Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıqların getdiyini təsdiq edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Sankt-Peterburqda baş tuta biləcəyini bildirib.
Diaspora