““Erməni soyqırımı” ilə bağlı Milli Məclis adından müraciət ünvanlanmalıdır”

““Erməni soyqırımı” ilə bağlı Milli Məclis adından müraciət ünvanlanmalıdır” backend

Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bu gün MM-in iclasında iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımı yalanları ilə bağlı qəbul edilən qərar barədə çıxış edərək ona etirazını bildirib və MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna bunun doğru olmamasını özündə əks etdirən etiraz müraciətinin göndərilməsini təklif edib və bu istiqamətdə həmkarı Fəzail Ağamalının çıxışını dəstəklədiyini bildirib.


Millət vəkili Q. Paşayeva deyib ki, MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun müraciətində Almaniya parlamentinin qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etməsinin böyük təəssüf və narahatlıq doğurması öz əksini tapmalıdır. Eyni zamanda vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir: "Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqda qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vurub." Türkiyə Böyük Millət Məclisi tərəfindən, TBMM-də təmsil olunan 3 partiyadan olan millət vəkillərinin adından Almaniya Bundestaqına qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etdikləri üçün etiraz müraciətinin göndərildiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycan parlamenti tərəfindən də bu istiqamətdə müraciətin göndərilməsinin vacibliyini və əhəmiyyətini xüsusi vurğulayıb”.
Diaspora