“Bir santimetr torpağı belə güzəştə gedilməyəcək“

“Bir santimetr torpağı belə güzəştə gedilməyəcək“ backend

“Azərbaycan xalqı və prezidenti heç vaxt bir santimetr torpağı belə güzəştə getməyəcək. Bunu həm Ermənistan, həm beynəlxalq ictimaiyyət, həm də həmsədrlər anlamalıdır”. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Minsk və Bakı arasında təşkil edilən videokonfransda deyib.


O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmasa və Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmasa, heç kəs heç nəyə təminat verə bilməz.

“Azərbaycan prezidenti və XİN-ni heç vaxt bir santimetr torpağı belə güzəştə gedilməyəcəyini dəfələrlə bəyan edib. Aprel hadisələri göstərdi ki, "status-kvo" qəbuledilməzdir".

Polad Bülbüloğlu prezidentlərin növbəti görüşündən də danışıb. O, deyib ki, görüşün yeri ilə bağlı müxtəlif təkliflər oldu. “Ötən gün Rusiya XİN-in saytında Sankt-Peterburqda üçtərəfli görüşün olacağı barədə xəbər yerləşdirildi. Amma daha sonra nəyəsə görə sonradan çıxarıldı. Mən görüşün harada, nə vaxt keçiriləcəyi barədə danışmağa səlahiyyətli deyiləm. Lakin düşünürəm ki, görüş iyunda baş tutacaq”.

Bülbüloğlu bu görüşün vacib olduğunu vuğulayıb.

Səfir deyib ki, Rusiya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rəsmi Moskva çox məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir”.

O, münaqişənin həllində rəsmi Moskvanın mövqeyindən danışarkən bildirib ki, Rusiyanın mövqeyindən çox şey asılıdır. "Rusiya regionun ən böyük, ən güclü ölkəsidir və 200 ildən çoxdur belə davam edir. Təbii olaraq, Rusiyanın bu regiondakı istənilən məsələdə - istər iqtisadi, istər siyasi və müəyyən mənada ictimai məsələlərdə - rolu çox böyükdür. Bilirsiniz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr Rusiyanın razılığı olmadan qəbul edilə bilməzdi. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir. Ermənistan tamhüquqlu üzv kimi Avrasiya İttifaqına daxil olub. Təbii ki, Rusiya Ermənistanın maraqlarını da nəzərə almaya bilməz”.
Diaspora