ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyini təsdiq edib. C.Uorlik Trend-ə bildirib: "Hazırda görüşün detallarını bilmirik, lakin təsdiq edə bilərik ki, görüş iyunun sonunda olacaq".
O, ümid etdiyini bildirib ki, tərəflər may ayında Vyanada əldə edilmiş razılaşmaları müzakirə etməyə davam edəcəklər.