Azərbaycanlı qadın Rusiyada deputatlığa namizəd oldu

Azərbaycanlı qadın Rusiyada deputatlığa namizəd oldu backend

Rusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşımız, diaspora üzvü Səadət Qarayeva deputatlığa namizədliyini irəli sürüb. Ölkə.az xəbər verir ki, Səadət Qarayeva Qadın Dialoqu Ümumrusiya Siyasi Partiyasından Krasnoyarsk diyar qanunverici orqanına seçkilərdə namizədliyini irəli sürüb.

Xatırladaq ki, S.Qarayeva Rusiyadakı Azərbaycan diasporu üzvləri arasında ilk qadın deputatlığa namizəddir. Əgər o, seçkilərdə qalib gələrsə, Azərbaycan diasporu tarixində ilk qadın millət vəkili olacaq.

Qeyd edək ki, Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri olan S.Qarayeva ixtisasca hüquqşünasdır.
Diaspora