Prezident başsağlığı verdi

Prezident başsağlığı verdi backend

Prezident İlham Əliyev Almaniya Fedarativ Respublikasının Kansleri Angela Merkele başsağlığı verib. QAZİLƏR saytının AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir: “Hörmətli xanım Federal Kansler, "Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”. Ölkə başçısı bir digər məktubunda isə İspaniya Kralı VI Felipeyə başsağlığı verib.
Məktubda deyilir: "Əlahəzrət,
"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün Fransada qəzaya uğrayan Almaniya hava yollarına aid sərnişin təyyarəsində 148 nəfərin həlak olduğu bildirilir.
Diaspora