Rusiya Müdafiə naziri Sergey Şoyqu İrana səfər edib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Anatoli Antonov söyləyib. Onun sözlərinə görə, Şoyqu Tehranda İran və Suriyanın müdafiə nazirləri ilə görüşəcək.
Görüşdə hər üç ölkənin İŞİD və Nüsrə Cəbhəsi terror təşkilatları ilə mübarizə məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, bundan öncə Şoyqu Qazaxıstan və Türkmənistana səfər edib.