Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə sammit keçiriləcək

Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə sammit keçiriləcək backend

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə edib. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Məlumatda bildirilir ki, görüş fransalı səfirin istəyi ilə baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu da iştirak edib.

Görüşdə Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyət müzakirə edilib.
Diaspora