Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün tarixi hələlik müəyyənləşməyib. Virtualaz.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.
Bu görüşə nəyin mane ola biləcəyi ilə bağlı suala o belə cavab verib: “Bilirsinizmi, mən gümanla danışmaq istəmirəm. Görüş olacaqsa olacaq, olmayacaqsa olmayacaq”.Xatırladaq ki, ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlərdən sonra bildirmişdilər ki. hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin əhatəli həlli üzrə danışıqlara başlamaq əzmindədir. Azərbaycan və Ermənistan prezidentlərinin iyun görüşü ilə bağlı ilkin razılıq mayın 16-da Vyanada baş tutmuş görüşdə əldə edilmişdi. Dövlət başçılarının görüşünün Parisdə keçiriləcəyi ehtimal edilir.
Lakin Yerevanda bəyan edilir ki, prezidentlərin görüşü hələlik təyin edilməyib və ümumiyyətlə, baş tutmaya bilər.