Putin Azərbaycandan olan deputatı “Dostluq” ordeni ilə təltif edib

Putin Azərbaycandan olan deputatı “Dostluq” ordeni ilə təltif edib backend

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin üzvü Mixail Zabelini “Dostluq” ordeni ilə təltif edib.

Qaziler.az bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə məlumat Rusiya hüquqi xəbərlər rəsmi internet səhifəsində yer alıb.

Putin həmçinin Vyetnam, Belarus və digər ölkələrdən olan bir qrup şəxsi təltif edib.