Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında İtsnabulda baş verən və 11 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı rəsmi münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, XİN İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayır və bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyir.Sonda o da qeyd edilib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.
Qeyd edək ki, bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan vətəndaşının olması Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır.