Almaniya qorxur ki, Bundestaqın 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnaməni qəbul etməsi Türkiyə ilə ikitərəfli əməkdaşlığı poza bilər.
QAZİLER.AZ Azeritimes.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri yazır.Qeyd edilir ki, ilk növbədə söhbət hərbi sahədəki qarşılıqlı fəaliyyətdən gedir. Daha doğrusu Almaniyanın "Tornado" kəşfiyyat təyyarələrinin Türkiyə ərazisində dislokasiyasından və Egey dənizində miqrantların qanunsuz daşınmalarına qarşı birgə missiyadan gedir.
Almaniya Müdafiə Nazirliyi ehtiyat edir ki, Türkiyə birgə layihələrin reallaşdırılmasına mane olmağa və ya onları pozmağa başlaya bilər.
Nəşr yazır ki, Türkiyə İŞİD terror təşkilatının silahlıları ilə mübarizədə Almaniyanın strateji tərəfdaşıdır. Suriya və İraq əraziləri üzərində aerofoto çəkilişlə məşğul olan alman kəşfiyyatçı təyyarələri bir neçə aydır Türkiyənin İncirlik aviabazasına uçurlar. Hərçənd onların dislokasiyası barədə saziş üzrə formal danışıqlar hələ də davam edir. Müzakirələr gərgin şəraitdə gedir, tərəflər arasında növbəti münaqişə danışıqları daha da çətinləşdirə bilər.