Dünya Azərbaycanlılarının IV Qurultayının qətnaməsi qəbul edildi

Dünya Azərbaycanlılarının IV Qurultayının qətnaməsi qəbul edildi backend

Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının qətnaməsi qəbul edilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, qətnamədə qeyd olunur ki, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycanı dinamik inkişaf edən, güclü vətəndaş cəmiyyətinin formalaşdığı, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edildiyi bir ölkəyə çevrilib.

Qətnamədə deyilir ki, Azərbaycanın müvafiq dövlət qurumları ilə məsləhətləşmələr əsasında Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin, elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, nəşrlərin və filmlərin toplandığı, həmçinin belə məhsullar istehsal edən, ayrıca büdcə ilə təmin edilmiş xüsusi mərkəz və ya fondun yaradılması nəzərdə tutulur.

Qətnamədə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi ilə bağlı diaspor təşkilatlarına bir sıra tövsiyələr verilir.
Diaspora