Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başa çatıb backend

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 4-də başa çatıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.
Diaspora