Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə hazırlıq getdiyini təsdiqləyib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, D. Peskov liderlərin görüşünün nə vaxt və harada keçiriləcəyinə aydınlıq gətirməyib: “Görüş ilin ikinci yarısının əvvəllərinə planlaşdırılır. Razılıq əldə olunduqdan sonra məlumat verəcəyik”.