İyunun 3-də Fransanın paytaxtı Parisdə böyük dövlətlərin xarici işlər nazirləri İsrail-Fələstin danışıqlarını üçün sammit keçirir. Qeyd edək ki, İsrail_fələstin sülh danışıqları İki ildir ki dayanıb.Son danışıqlar 2014-cü ilin aprelində keçirilib.
“Bilirik ki, İsrail və fələstinlilər dərhal sülhə gəlməyəcəklər, ancaq tərəfləri danışıqlar masasına oturtmaqdan ötrü uyğun şərait yaratmaq istəyirik”, deyə fransalı diplomat “Reuters” agentliyinə deyib.Paris görüşündə Birləşmiş Ştatlar, Avropa Birliyi, BMT, eləcə də Ərəb Liqası, BMT-nin Təhlükəsizlik Şurası və 20-dək ölkə iştirak edir.
Görüşə İsrail və Fələstin nümayəndələri dəvət olunmayıb.
Qeyd edək ki, İsrail Fransanın təşəbbüsü ilə danışıqlara qarşı çıxır və İsraillə fələstinlilər arasında birbaşa danışıqlara üstünlük verir.
"Eurasia diary"