Avropa Birliyi (AB) Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yunanıstanın Xarici İşlər nazirinin müavini Nikos Ksidakis deyib.“Qəbul ediləcək yekun qərarların nədən ibarət olacağını deyə bilmərəm. Lakin uzun müzakirələrdən sonra AB-nin Rusiyaya qarşı sanksiyaların müddətini uzadacağını düşünürəm. Onu da deyə bilərəm ki, sanksiyalar sonsuza qədər davam etməyəcək”, - Ksidakis bildirib.