İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi backend

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib. ANS PRESS-in məlumatına görə, başsağlığında deyilir: "Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".
Qeyd edək ki, bu gün Prezident Həsən Ruhaninin anası Səkinə Peyvəndi dünyasını dəyişib. Mərhum Tehranın Milad xəstəxanasında müalicə olunurdu.
Diaspora