"Azərbaycanın bütün dövlətlərlə, həmçinin, ABŞ və Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətləri çox rəvandır, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənir". Virtualaz.org-un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, bu əlaqələr daxili işlərə qarışmamaq və bir-birinin maraqlarını ifadə etmək əsasında qurulub: "Təbii ki, bu ölkələr sırasında ABŞ da xüsusi əhəmiyyət kəsb edir. Bizim bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır".