Bəhreyn kralı və İƏT-in baş katibi İlham Əliyevi təbrik edib

Bəhreyn kralı və İƏT-in baş katibi İlham Əliyevi təbrik edib backend

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni 28 may Respublika günü münasibətilə prezident İlham Əliyevi təbrik edib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə Ulu Tanrıdan möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına inkişaf və çiçəklənmə diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam həmrəyliyinin təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.
Zati-aliləri, üzv dövlətlərimizin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına Sizin verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edib”.
Həmçinin, Bəhreyn Kralı Həməd bin İsa Al-Xəlifə də İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda qeyd edilir:

“Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət arzulayır, Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq diləyirəm”.
Diaspora