Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına və Hökumətinə Çin xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram".