G7: Britaniyanın Aİ-dən çıxışı qlobal inkişafa risk ola bilər

G7: Britaniyanın Aİ-dən çıxışı qlobal inkişafa risk ola bilər backend

Yaponiyada keçirilən G7 görüşünün bəyannaməsində deyilir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verməsi "qlobal inkişafa ciddi təhlükə" yarada bilər. Onların yekun bətyanatında bildirilir ki, Böyük Britaniyanın Aİ-dən çıxışı qlobal ticarət, investisiya və iş yerləri imkanlarına əks təsir göstərə bilər. Bu barədə QAZİLER.AZ BBC-Azərbaycan-a istinadən xəbər verir.

G7 görüşü dünyanın yeddi lider sənaye ölkə rəhbərlərini bir araya gətirib.
Baş Nazir David Cameron digər 28 ölkə ilə birlikdə Avropa İttifaqı daxilində qalmaq üçün kampaniya aparır.

İnkişaf prioritetləri

İki gün davam edən danışıqlardan sonra ABŞ, Kanada, Böyük britaniya, İtaliya, Almaniya, Fransa və Yaponiya liderləri qlobal inkişaf məsələsini "təxirəsalınmaz prioritet" kimi müəyyən edib.

Qrup, beynəlxalq terror və zorakı ekstremizmə qarşı mübarizə də daxil olmaqla qlobal artımın əsas risklərinə qarşı "kollektiv mübarizə" aparacaqlarına dair vəd veriblər.
Bəyanatda vəd olunub ki, onlar " iqtisadi məsuliyyət siyasətini daha da möhkəmləndirmək üçün güclü və balanslaşdırılmış siyasət həyata keçirəcək, tezliklə güclü, dayanıqlı və balanslaşdırılmış artım modelinə nail olmaq üçün öhdəlik götürəcəklər".

"Biz artımın inklüziv və iş cəhətdən zəngin olması, cəmiyyətimizin bütün təbəqələrini istifadə etmək imkanına malik olmasına sadiq qalırıq" sənəddə bildirlir.

Onlar həmçinin dünya ölkələrini beynəlxalq bazarda himayəçiliyin bütün formaları ilə mübarizə aparmağa və valyutaların rəqabətli devalvasiyalarından yayınmağa çağırıb.
Diaspora