Mehmet Haberal Bakıya gəlir

Mehmet Haberal Bakıya gəlir backend

İyun ayının 1-3-də Bakıda Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə iştirakı ilə orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq konqres keçiriləcəkdir.

Lent.az-ın məlumatına görə, Bakıda keçiriləcək konqresdə ABŞ ,Avstraliya, Kanada, Livan, İordaniya, Misir ,İran, Türkiyə və Orta Asiya dövlətlərindən ,eləcə də Azərbaycan mütəxəssisləri də daxil olmaqla 500-ə qədər nümayəndənin iştirakı gözlənilir.

Həmçinin Dünya Transplantasiya Cəmiyyətinin sədri professor Filipp O´Conelli, Mehmet Haberal və digər görkəmli alimlər dəvətli qonaqlar arasındadır. Konqresdə transplantalogiyanın müxtəlif problemlərinə həsr olunmuş çıxışlar dinləniləcək, plenar iclaslarda diskussiyalar aparılacaq, elmi-praktik seminarlar keçiriləcəkdir. Bu konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verməklə ,kadr və sosial-hüquqi qaydaların hazırlanmasında , orqan bağışlanması ( meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaqdır.

Xatırladaq ki, TDTD 2014-cü ildə Türkiyə, Azərbaycan, Orta Asiya dövlətlərinin transplantoloqları, nefroloqları, cərrahları daxil olmaqla dünya şöhrətli alim ,Türkiyə Transplantasiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri ,professor Mehmet Haberal tərəfindən yaradılmışdır. İlk konqres 20-22 may 2015-ci ildə Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.
Diaspora