General: Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var

General: Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var backend

Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Ben Hoces deyib.

O qeyd edib: "Bu mənim Azərbaycana ilk səfərimdir. Əməkdaşlığımızı möhkəmləndirmək və davam etdirmək üçün bir çox sahələr var".

General vurğulayıb ki, Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə birgə Əfqanıstandadırlar: "Biz bu yay Rumıniyada birgə təlimlər keçirməyi planlaşdırırıq. Azərbaycanın Əfqanıstandakı əməliyyatları dəstəkləməkdə davam etməsi ölkənizin təhlükəsizlikdə və sabitlikdə maraqlı olduğunu göstərir".
Diaspora