“Azərbaycanda Ali Məhkəmənin tədqiqatçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması barədə qərarını alqışlayıram”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: "Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram”.
Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.