Ərdoğanın hicablı naziri bir neçə saata rekord qırdı

Ərdoğanın hicablı naziri bir neçə saata rekord qırdı backend

Türkiyənin bu gün təyin olunan ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya bir neçə saat ərzində rekorda imza atıb. Hicablı nazir gün ərzində Türkiyədən “Google” axtarış sistemi vasitəsilə ən çox axtarılan şəxs kimi tarixə düşüb.

Nazirlər Kabinetinin tərkibi açıqlanandan sonra onun kimliyi vətəndaşlarda ciddi maraq oyadıb. Milyonlarla internet istifadəçisi “Google”da axtarış verərək xanım nazirlə bağlı məlumatlar əldə etməyə çalışıb.



Qeyd edək ki, Fatma Betül Sayan Kaya hazırda Türkiyənin yeganə xanım naziridir. 1981-cü ildə dünyaya gələn, 2 uşaq anası olan Fatma Betül Sayan Kaya bu vəzifəyədək bir sıra postlarda çalışıb.



O, 2014-cü ildə keçirilən prezident seçkilərində hazırkı ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı seçki qərargahının mətbuat rəhbəri olub.

Xanım nazir bundan əlavə, 2012-cü ilə qədər AKP-nin başqan müşaviri işləyib.(azvision.az)
Diaspora