Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər

Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər backend

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Lukaşenkonun məktubunda deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək. Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək. Hörmətli İlham Heydər oğlu, sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm”.

İ. Əliyevi həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliev və Serbiya baş naziri Aleksandr Vuçiç təbrik ediblər.
Diaspora