Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Dövlətimizin başçısı Argentina Prezidenti Maurisio Makrini də təbrik edib.
Məktubda qeyd olunur: "Argentina Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".