Mayın 24-də Prezident İlham Əliyev Türkiyə Respublikasının baş naziri Binəli Yıldırıma telefonla zəng edib. Lent.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyənin baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.