Türkiyənin yeni, 65-ci hökumətinin tərkibi açıqlanıb. APA-nın xəbərinə görə, yeni baş nazir Binali Yıldırım bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən siyahını elan edib. Yeni Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:
Baş nazirin müavinləri - Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş, Veysi Kaynak.
Xarici işlər naziri - Mövlud Çavuşoğlu
Avropa Birliyi naziri – Ömər Çelik
Ədliyyə naziri – Bəkir Bozdağ
Nihat Zeybəkçi – iqtisadiyyat naziri
Fikri İşıq – müdafiə naziri
Berat Albayrak – enerji və təbii ehtiyatlar naziri
Əfqan Ala – daxili işlər naziri
İsmət Yılmaz – təhsil naziri
Fatma Betül Kaya – ailə və sosial siyasət naziri
Faruk Özlü – elm, sənaye və texnologiya naziri
Süleyman Soylu - əmək və sosial müdafiə naziri
Mehmet Özhaseki – ekologiya və şəhərsalma naziri
Akik Çağatay Kılıç – gənclik və idman naziri
Faruk Çelik – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri
Bülənt Tüfəkçi – gömrük və ticarət naziri
Lütfü Əlvan – inkişaf naziri
Nabi Avcı – mədəniyyət və turizm naziri
Naci Ağbal – maliyyə naziri
Veysəl Əroğlu – meşəçilik və su işləri naziri
Rəcəb Akdağ – səhiyyə naziri
Əhməd Aslan – kommunikasiya, dənizçilik və rabitə naziri.
Yeni hökumət bu gün parlamentin təsdiqindən keçdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.