Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Minsk dialoqu” mövzusunda konfransda iştirak etmək üçün martın 26-dan 28-dək Belarusda səfərdə olacaq.
Parlamentdən APA-ya verilən məlumata görə, Minsk şəhərində keçiriləcək toplantı Avropa Komissiyasının dəstəyi, Belarus Liberal Klubu və Ostroqorsk Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.Deputat konfransda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.