Almaniya prezidenti Yoaxim Qauk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Y. Qaukun məktubunda deyilir:“Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qafqazda sabitlik Sizin ölkəniz və həmçinin bütün Avropa üçün çox əhəmiyyətlidir. Mən qəti əminəm ki, sülhün qorunması, regional qarşıdurmaların aradan qaldırılması Azərbaycanın və bütövlükdə regionun inkişafını sürətləndirə bilər. Əmin olun ki, Almaniya yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının hazırkı sədri qismində deyil, o cümlədən bir ölkə kimi mövcud münaqişələrin həllinə öz töhfəsini verməyə hazırdır. Həmçinin Sizi əmin edirəm ki, demokratiyanın və hüquqi dövlətçiliyin inkişafında Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq. Zati-aliləri, mən Sizə uğurlar və Azərbaycan vətəndaşlarına sülh, rifah arzu edirəm”.