Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev tarixdə ilk dəfə İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitində iştirak edir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sammitin məqsədi beynəlxalq humanitar sistemi gücləndirməkdir. Həmin tədbirdən yeni görüntülər təqdim edrik.
Qeyd edək ki, Türkiyədə tarixdə ilk dəfə Dünya Humanitar Sammiti keçirilir.
BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammitdə böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gələcək. Sammitdə dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.