İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu,Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.
X X X
Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan: Zati-aliləri, Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.
Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm".
X X X
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuddan: "Hörmətli Prezident, ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".
X X X
Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan: "Möhtərəm Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən gözəl təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına və hökumətinə daha böyük tərəqqi və rifah arzu edirəm".