Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya səfər edəcək.
Qaziler.az bildirir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov mayın 20-də Brüsseldə keçiriləcək NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya səfər edəcək.Sözügedən iclasda nazirin çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.