Mənzillərin özəlləşməsi üçün yeni sənəd tələb olunacaq

Mənzillərin özəlləşməsi üçün yeni sənəd tələb olunacaq backend

Mənzillərin özəlləşməsi qaydası dəyişdi. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

AzərTAc-ın xəbərinə görə, sərəncama əsasən, qanunun 8-ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilib. Beləliklə də, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı əlavə etməlidir.
Diaspora