"İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.Onun sözlərinə görə, İsrail öz təcrübəsindən çıxış edərək, münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: "İordaniya və Misirlə olan müharibə təcrübəmizdən çıxış edərək bildiririk, bu, ən düzgün yoldur".
Səfir İsraillə Azərbaycana arasında çoxşaxəli, hər iki ölkə üçün faydalı əməkdaşlığın mövcud olduğunu qeyd edib: "Bu əməkdaşlıq 1991-ci ildən - Azərbaycanın müstəqilliyinin tanınması ilə başlayıb. Azərbaycan və İsrail əsl dost ölkələrdir. Azərbaycan çox vacib ölkə, birgə yaşayış modelidir".