ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland Rusiyaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Nuland Moskvada Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkovla görüşəcək. Onu bu görüşdə ABŞ-ın Moskvadakı səfiri Con Teft müşayiət edəcək. Tərəflər arasında əsas müzakirə mövzusu Ukrayna olacaq.