Roma Papası Azərbaycan prezidentini təbrik edib

Roma Papası Azərbaycan prezidentini təbrik edib backend

Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Roma Papasının məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Qadir Allah ölkənizin hər bir vətəndaşının xoşbəxtlik və sülh içərisində yaşamasına yönəlmiş səylərinizin həyata keçməsinə kömək etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”.
Diaspora