Elmar Məmmədyarov indi də Fransaya gedir

Elmar Məmmədyarov indi də Fransaya gedir backend

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edəcək.


APA-nın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, o, mayın 19-da Fransanın xarici işlər naziri Jan Mark Eyro və Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzusu olacaq.