ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp prezident Barak Obamanın, onun müsəlmanlar haqqında dediyi ifadələrə görə tənqidinə sərt cavab verib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə o, özünün Twitter mikrobloqunda yazıb.
“Siyasətdə də, həyatda da avamlıq xeyirli şey deyil. Məhz bu səbəbdən Barak Obama ABŞ tarixinin ən pis prezidentidir”, - deyə Tramp bildirib.
Xatırladaq ki, bundan öncə Ratqer universitetində çıxış edən Obama Trampın müsəlmanların Amerikaya girişini qadağan etmək barədə fikirlərini “ölkə dəyərlərinə xəyanət" kimi qiymətləndirmişdi.