Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır.
Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşü ilə bağlı deyib.
Nazir qeyd edib ki, bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir.