Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş başa çatıb. APA-nın TASS agentlyinə istinadən verdiyi məlumata görə, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andriyo, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupu ölkələrinin iştirakı ilə keçirilir.
Həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro, həmçinin ABŞ dövlət katibi Con Kerri təmsil edir.