Azərbaycan prezidenti İlham Əliyev Vyanaya gəlib.
Qaziler.az bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ üzrə danışıqlar aparılacaq.Bundan əvvəl Avstriyanın paytaxtına Ermənistan prezidenti Serj Sarkisyan gəlib. Bu gün axşam ATƏT-in Minsk qrupunun sədrliyi, Rusiya, ABŞ və Fransa xarici işlər idarələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçiriləcək