Azərbaycan Avropa İttifaqı (Aİ) ilə danışıqlar üçün mandat gözləyir.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.O qeyd edib: "Biz Aİ ilə strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara başlanması üçün mandat verilməsini gözləyirik".
Nazir müavini bildirib ki, qarşı tərəfdə bununla bağlı daxili proses gedir: "Düşünürəm ki, yaxın vaxtlarda mandat veriləcək və danışıqlar başlayacaq".